room in rome


       uşaqlıqdan həmcinslərin intim münasibətlərinə qarşı qəribə baxışlarım olub. ailəm tərəfindən mənə irsən keçmiş fikirlərlə yaşadığımda guya bütün bunlara qarşı idim. amma içdə bu bir maraq idi ki, mənə hakim kəsilmişdi, və mən həmcinslərin seksini və ya sadəcə sevişməsini necə olursa, olsun - görmək istəyirdim.
      uzun sözün qısası, yuxarı abzasda nə əksiklik varsa, yaşım üstünə yaş gəldikcə doldurmağa başladım :) və indi iki qadının sevişməsini, bir birini sığallamasını görəndə çox həzz aldığımı düşünürəm.
     "lesbilərə aid bir film" deyib də, elə bir film tapmaq olmur. axı filmləri kateqoriyalara böləndə o adda bir kateqoriya müəyyən etməyiblər. ona görə də belə filmlərə həmişə qarşıma çıxdıqca baxırdım - bütün işlərimi atıb. lakin bunun həllini tapdım:

         əgər siz baş rolda lesbilərin oynadığı və ümumiyyətlə qadınla qadının intim münasibətlərinə yer veriln bir filmə baxmaq marağındasınızsa buraya daxil olaraq istədiyiniz filmi araşdıra, baxa bilərsiniz. burada demək olar ki, hamısı var. və mən bəzilərini gözdən keçirmişəm. kimlər wikipedia-dan nəsə  öyrənməyi özünə(və ya digərlərinə) götüaşağılıq hesab edirsə, daha effektiv mənbələr(in)ə baş vura bilər.
         Bu film də təsadüfən qarşıma çıxdı və diskini icarəyə alıb evə gətirdim. Baxdım. Əla idi. Rus qız və ispan qızın bir gecəlik ehtirası üzərində qurulub film. Əminsizlik, ilk addımlarda qeyri-səmimilik, qadın yalanları, bakirəlikdən çıxış, ailədaxili münasibətlər, komplekslər və başqa mövzulara da toxunulub. Bir sözlə baxılası filmdir! Hər kəsə məsləhət görürəm. Ən sevdiyim yeri telefonun ekranında bir video-ya baxılan yerdir. Qızlarda qarasaçlısı olan Alba deyir ki, onu bir il qabaq çəkib ə ilk dəfədir ki baxır. Səbəb isə kadrdakı uşağın ölümüdür. Ağlayır.
       Divardakı şəkillərin öz mənaları var, hamısı qədim rəssamların əsərləridir və sanki məhz həmin otaq üçün, o görüş üçün, özünü Alba və Nataşa kimi təqdim edib sevişən qızlar üçün çəkilib. Mənə ən çox təsir edən şəkil isə bu oldu:

        Filmdki sevişmə səhnələrinə, onların ardıcıllığına söz ola bilməz!









                                                                       buna da bax :)

filmin ən sevdiyim musiqisi isə